"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan bu gün saat 9:00-dan 20:00-dək Azərbaycana 45 nəfər təxliyə edilib.
Bizim.Media xəbər verir ki, 6 Azərbaycan, 8 Rusiya, 12 Çin, 3 Qazaxıstan vətəndaşı, habelə Sloveniyanın 2, Ruminiyanın 2 diplomatı, eyni zamanda İsveçrənin 1, Belçikanın - 2 diplomatı, Macarıstanın 9 diplomatı təhlükəsiz şəkildə Azərbaycana təxliyə olunublar.
Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə həyata keçirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta