AZ

İrandan daha bir neçə ölkənin vətəndaşları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan bu gün saat 9:00-dan 20:00-dək Azərbaycana 45 nəfər təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, 6 Azərbaycan, 8 Rusiya, 12 Çin, 3 Qazaxıstan vətəndaşı, habelə Sloveniyanın 2, Ruminiyanın 2 diplomatı, eyni zamanda İsveçrənin 1, Belçikanın - 2 diplomatı, Macarıstanın 9 diplomatı təhlükəsiz şəkildə Azərbaycana təxliyə olunublar.

Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə həyata keçirilir.

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, saat 17:00-dan Sloveniyanın diplomatik nümayəndəliyinin 2, Macarıstanın 8, Rumıniyanın 2, Belçikanın 3, İsveçrənin diplomatik nümayəndəliklərinin 1 əməkdaşı Azərbaycana təxliyə olunub.

Eyni zamanda Çinin 7 vətəndaşının da Azərbaycana təxliyəsi həyata keçirilib.

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, saat 13:30-dan 17:00-dək 5 Azərbaycan və 6 Çin vətəndaşı bu ölkədən təxliyə edilib.

Daha əvvəl Qazaxıstanın İrandakı diplomatik korpusunun üç əməkdaşının və 8 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilib.

Qazaxıstanın İrandakı diplomatik korpusunun əməkdaşları "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə olunan diplomatların sayı üç nəfərdir.

Bununla yanaşı, 8 Rusiya vətəndaşı da təxliyə edilib.

Qeyd edək ki, daha əvvəl – gecə saat 01:00-a qədər Almaniyanın 13, İspaniyanın isə 6 diplomatının Azərbaycana keçidi təmin edilib.

Seçilən
81
3
far.az

5Mənbələr