AZ

Xarici diplomatların İrandan təxliyəsi davam edir

İrandan xarici diplomatların təxliyəsi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Sloveniya səfirliyinin 2 nümayəndəsi, Rumıniyanın 2, Belçikanın 3 və İsveçrənin 1 diplomatı təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Xarici diplomatların təxliyəsi mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, bir qədər əvvəl Macarıstanın İrandakı səfiri və səfirliyin 8 əməkdaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.

AzPost.az

Seçilən
96
7
azpost.info

10Mənbələr