Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İrandan xarici diplomatların təxliyəsi davam etdirilir.
Modern.az xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Sloveniya səfirliyinin 2 nümayəndəsi, Rumıniyanın 2, Belçikanın 3 və İsveçrənin 1 diplomatı təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Xarici diplomatların təxliyəsi mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, bu gün Macarıstanın İrandakı səfiri və səfirliyin 8 əməkdaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar (Azərtac).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.