AZ

İran ən çox raketi bu müsəlman ölkələrinə atıb - TAM SİYAHI - FOTO

İran müsəlman ölkələrini durmadan bombalayır. İsrail adı ilə aparılan müqavimət hərəkatı əslində müsəlman dünyası ilə müharibə anlamına gəlib. Ortada olan statistika da bunu təsdiq edir.

Bizim.Media  xəbər verir ki, ABŞ və İsrailin İranın hərbi və strateji obyektlərinə zərbələr endirməsindən sonra regionda baş verən hadisələr yeni statistik mənzərəni ortaya çıxarıb. 28 fevral – 7 mart tarixləri arasında, yəni cəmi son 8 gün ərzində qeydə alınan hücumların təhlili İranın region siyasəti barədə mühüm suallar doğurur.
 

Açıqlanan məlumatlara görə, bu müddətdə 2981-dən çox zərbə və hücum epizodu qeydə alınıb. Lakin diqqət çəkən əsas məqam odur ki, hücumların böyük hissəsi İranın uzun illərdir əsas düşmən kimi təqdim etdiyi İsrailə deyil, regionun digər dövlətlərinə yönəlib.



Statistikaya əsasən, hücumların 42,8 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşür və bu ölkə 1276-dan çox zərbə ilə siyahının ilk sırasında dayanır. İsrail isə 20,1 faizlə ikinci yerdədir (600 hadisə).

Sonrakı yerlərdə yenə region ölkələri gəlir: Küveyt – 16,8 faiz (500 hadisə), Bəhreyn – 6,6 faiz (198), Səudiyyə Ərəbistanı – 5,4 faiz (160).

Siyahıda həmçinin İordaniya (80), Qətər (70), İraq (60), Oman (20), Kipr (12) kimi ölkələrin də hədəfə alındığı göstərilir. Statistikada Azərbaycan 4 hadisə ilə, Türkiyə isə 1 hadisəylə qeyd olunur.

Bu rəqəmlər son günlər regionda baş verən qarşıdurmanın real coğrafiyasını göstərir. İran rəsmiləri və ona yaxın media uzun illərdir regional hərbi fəaliyyətlərini “İsrailə qarşı müqavimət” kimi təqdim etsə də, son 8 günün statistikasında hücumların böyük hissəsinin müsəlman ölkələrinə yönəldiyi aydın görünür.
 

Analitiklər hesab edir ki, ABŞ və İsrailin İranın hərbi infrastrukturlarına zərbələrindən sonra regiondakı gərginlik yeni mərhələyə keçib. Bu mərhələdə İran və ona bağlı hərbi şəbəkələrin fəaliyyətinin real istiqaməti daha açıq şəkildə görünməyə başlayıb.


Ortaya çıxan mənzərə göstərir ki, regiondakı qarşıdurma təkcə İran–İsrail xətti ilə məhdudlaşmır. Əksinə, hadisələrin inkişafı İranın Yaxın Şərq və Körfəz bölgəsində geniş geosiyasi qarşıdurma mühitinin mərkəzində olduğunu nümayiş etdirir.

Son 8 günün statistikası bu baxımdan mühüm bir nəticəni ortaya qoyur: regionda baş verən hərbi və siyasi gərginliklər təkcə ideoloji şüarlar üzərində deyil, real geosiyasi maraqlar üzərində qurulub. Bu isə Yaxın Şərqdə qarşıdurmanın hələ uzun müddət davam edə biləcəyini göstərən mühüm siqnallardan biri hesab olunur.


Bizim.Media

Seçilən
82
3
bizim.media

10Mənbələr