AZ

İranlılara zəhərli yağışlar barədə XƏBƏRDARLIQ

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Tehrandakı neft anbarlarında baş verən partlayışlar nəticəsində atmosferə çoxlu miqdarda təhlükəli kimyəvi maddələr yayılıb və bu, zəhərli turşu yağışlarının yaranmasına səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi Qızıl Aypara təşkilatına istinadən məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, neft anbarlarında baş verən partlayışlar və yanğınlar havaya böyük miqdarda karbohidrogen birləşmələri, həmçinin kükürd və azot oksidləri buraxır. Bu maddələr sonradan turşu yağışlarının yaranmasına səbəb ola bilər. Belə yağışlar dəriyə düşdükdə kimyəvi yanıqlara, onların buxarı isə ağciyərlər üçün təhlükəyə səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
14
oxu.az

10Mənbələr