AZ

"Mən darıxan deyiləm": Tramp İrana qarşı müharibədən danışdı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi əməliyyatların (Epic Fury) müddəti ilə bağlı əvvəlki proqnozlarını dəyişib.

Musavat.com xəbər verir ki, jurnalistlərin "Əməliyyatın maksimum 6 həftə çəkəcəyini hələ də gözləyirsinizmi?" sualına Tramp qətiyyətlə "Nə qədər vaxt lazımdırsa, o qədər..." cavabını verib.

Ağ Ev rəhbəri əməliyyatın ilkin olaraq 4-5 həftə çəkəcəyini düşündüklərini, lakin ABŞ-ın bu müddətdən daha çox döyüşmək iqtidarında olduğunu bildirib. "Mən darıxan adam deyiləm. Bəziləri deyir ki, guya mən tez bitirmək istəyirəm, sonra darıxacam. Xeyr, bütün hədəflərimizə nail olana qədər davam edəcəyik," – deyə Tramp əlavə edib.

Prezidentin əsas məqsədləri arasında İranın raket potensialını məhv etmək, donanmasını sıradan çıxarmaq və nüvə silahı əldə etməsinin qarşısını birdəfəlik almaq dayanır.  Pentaqon rəsmiləri bu prosesin "çətin və qanlı bir iş" olacağını, hərbi hədəflərə çatmaq üçün konkret vaxt qoymağın düzgün olmadığını bildirirlər.

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr