AZ

Tramp danışdı: “İrandakı əməliyyatı 10 bal üzərindən 15 qiymətləndirirəm” - VİDEO

ABŞ prezidenti Donald Trump İrana qarşı keçirilən hərbi əməliyyatla bağlı yeni açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp əməliyyatın nəticələrini yüksək qiymətləndirdiyini bildirib.

ABŞ lideri jurnalistlərin suallarını cavablandırarkən əməliyyatın effektivliyinə diqqət çəkib. Onun sözlərinə görə, bu əməliyyat gözləniləndən də uğurlu olub.

“Biri məndən soruşdu ki, bunu 1-dən 10-a qədər olan şkala üzrə necə qiymətləndirərdiniz? Mən dedim – təxminən 15”, – deyə Tramp bildirib. 

ABŞ prezidenti əlavə edib ki, Vaşinqtonun məqsədi İranın təhlükəli hərbi və nüvə potensialının qarşısını almaqdır. Trampın sözlərinə görə, İranın bu imkanları əldə etməsinə icazə verilsəydi, həmin güc ABŞ və müttəfiqlərinə qarşı istifadə oluna bilərdi.

“Bu, nəzarətdən çıxmış bir millətdir. Əgər biz onlara imkan versəydik, onlar bu silahları bizə qarşı istifadə edərdilər”, – deyə ABŞ prezidenti vurğulayıb.

Trampın bu açıqlaması ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildiyi bir vaxtda səslənib. Vaşinqton administrasiyası bildirir ki, əməliyyatların əsas məqsədi İranın nüvə və hərbi proqramlarını zəiflətmək və regionda təhlükəsizlik balansını bərpa etməkdir.

Analitiklərin fikrincə, Trampın bu sərt ritorikası ABŞ-ın İran siyasətinin yaxın dövrdə daha da sərtləşəcəyinə işarə edir.

 

Musavat.com

Seçilən
64
50
musavat.com

10Mənbələr