Gecə saatlarında Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam edir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə 13 nəfər Almaniya və 6 nəfər İspaniya diplomatik nümayəndəsi İran ərazisindən Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Bundan əlavə, 3 nəfər Azərbaycan, 3 nəfər Nigeriya, 2 nəfər İran və 1 nəfər Banqladeş vətəndaşının da təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.
"Cebheinfo.az"