AZ

76 nəfər İrandan Azərbaycana təxliyə olundu Aralarında diplomatlar da var FOTO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə 76 nəfər təxliyə olunub.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq saat 21:00-dək davam edən proses zamanı müxtəlif ölkələrin vətəndaşlarının Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə keçidi təmin edilib.təxliyə olunanlar arasında 1 nəfər Avstriya səfiri, həmçinin İranda fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin 8 əməkdaşı yer alıb.Həmin diplomatların 1-i ABŞ, 2-si Yaponiya, 1-i Pakistan, 4-ü isə Avstriya vətəndaşıdır.Bundan başqa, təxliyə olunanlar arasında 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı da var. Onların hamısı İrandan Azərbaycan sərhədi vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
1
bizim.media

10Mənbələr