Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta