AZ

Daha bir marşrutun avtobusları yenilənir

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Unikal"a bildirilib ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Seçilən
31
7
unikal.az

10Mənbələr