AZ

Biləsuvar sakinlərinin DİQQƏTİNƏ Bu gün 13.30 a qədər...

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.Bildirilib ki, martın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək şəhər ərazisində Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov, Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
9
bizim.media

10Mənbələr