
Bu gün Biləsuvar rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək Biləsuvar şəhərinin Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov və Səməd Vurğun küçələrində elektrik enerjisi kəsiləcək.