
Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın nüvə silahları ilə bağlı planlarının Avropada gərginliyi artırdığını bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bu cür açıqlamalar Avropada gərginliyin artmasına səbəb olur. Finlandiya bizi öz ərazisində nüvə silahları yerləşdirməklə hədələyir. Əgər Finlandiya bizi təhdid edərsə, biz müvafiq tədbirlər görəcəyik”, – deyə Peskov qeyd edib.
O əlavə edib ki, Rusiya enerji sahəsində Çin və Hindistan ilə əməkdaşlığı davam etdirir. Peskov həmçinin İranla dialoqun davam etdiyini bildirib.
Seyranə QuliyevaMissiya.Az