Finlandiyada nüvə silahlarının yerləşdirilməsinin mümkünlüyü regionda eskalasiyaya səbəb olacaq. Rusiya bunun qarşısını almaq üçün tədbirlər görməyə hazırdır.
Herbiand.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, bildirib ki, həqiqətən də Avropa qitəsində gərginliyin artmasına səbəb olan bu açıqlamaların şahidi oldular: “Finlandiya öz ərazisində nüvə silahları yerləşdirməklə bizi təhdid etməyə başlayır. Əgər Finlandiya bizi təhdid edərsə, biz müvafiq tədbirlər görəcəyik”.
Peskov əlavə edib ki, Finlandiyanın nüvə başlıqları yerləşdirmək planları yalnız ölkənin zəifliyini artırır və bu, Finlandiya hakimiyyəti tərəfindən təhrik olunur.
Bəxtiyar CƏFƏRLİ