AZ

İrandakı rejimin NAKİŞİLİYİ – Səfirimiz geri çağırılacaq?

İranın başını itirən kriminal-klerikal rejimi Azərbaycana qarşı yenə təxribata əl atdı. Bu dəfə birbaşa dronla ərazimizi vurmaqla. Artıq Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər və Müdafiə nazirlikləri olaya gərəkən kəskin reaksiyasını verib. Ən sərt şəkildə xəbərdarlıqlar edilib. Hərbi qurumlarımız maksimum hazırlıq səviyyəsinə gətirilib. Ancaq İran rejimi bu alçaq terror əməlinə görə məsuliyyəti öz üzərinə götürmək, onu pisləmək, üzr istəmək, terror aktının bir daha təkrarlanmayacağı barədə Azərbaycan qarşısında öhdəlik götürmək əvəzinə, yenə yalan və təkzib yolunu tutub. “Xəbərimiz olmayıb” kimi absurd yanaşma ortaya qoyub. Hətta günahı utanıb-eləmədən İsrailin üstünə atıb. Hər şey qırağa, İsrail nə vaxtdan “Arash 2” dronlarından istifadə edir görəsən. Maraqlıdır ki, oxşar mövqe Türkiyə tərəfə atılan raketlə bağlı sərgilənmişdi.

Bakının növbəti addımı nə ola bilər? Prezidentin tələbləri yerinə yetirilənədək Tehrandakı səfirimiz geri çağırıla bilərmi? Necə ki, səfirliyimizə hücum zamanı belə edilmişdi (Səfirlik də Azərbaycan ərazisi sayılır).

Nəsib

Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli TV Musavat-ın canlı efirində bildirib ki, səfirin geri çağırılmasının və diplomatic fəaliyyətin dayandırılmasının əleyhinədir. Professorun fikrincə, səfirliyə hücum olanda da demişdi ki, səfirin qalması və işləməsi lazımdır: “Səfirlik istirahət yeri deyil, onlar həm də informasiya qaynağıdır. Ona görə də səfirlik işləməlidir. İranın səfiri Xarici İşlər Nazirliyinə çağırıb nota vermək ayrı, amma belə gərgin vəziyyətdə səfiri geri çağırmaq və bununla da informasiyasız qalmaq olmaz. Ümumilikdə isə müharibənin tezliklə bitməsini istərdim, amma nüvə proqramı və proksi məsələsi həllini tapmalıdır”.

Emil Salamoğlu
Musavat.com

 

Seçilən
63
39
musavat.com

10Mənbələr