Bakı. Trend:
Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələritərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycanınayrılmaz hissəsi olan Naxçıvan Beynəlxalq Hava Limanına və digərmülki infrastruktura zərbələr endirməsi xalqımız tərəfindən böyükhiddət və qəzəblə qarşılanıb. Azərbaycan İranla münasibətlərdə hərzaman konstruktiv siyasət həyata keçirib. Dövlətimiz tərəfindəndəfələrlə bəyan edilib ki, ölkəmizin ərazisi heç bir halda üçüncüdövlətlərə qarşı istifadə oluna bilməz. Azərbaycan regiondagərginliyin artmasının tərəfdarı deyil. Amma İrandakı molla rejiminövbəti dəfə riyakarlığını, nankorluğunu nümayiş etdirdi.Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyikimi 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanınınterminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəbbinasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsivə 4 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslamRespublikası ərazisindən həyata keçirilən bu dron hücumlarınıqətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalqhüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyinartmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısamüddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, bunaizahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmamasıüçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Mollarejiminin bu siyasəti nankor və riyakar münasibətin göstəricisi,antibəşəri rejimin simasının ifşasıdır.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan regiondagərginliyin artmasının tərəfdarı olmayan, daim sülhün, sabitliyin,əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərintərəfdarı kimi çıxış edir. Azərbaycanın xarici siyasətindəqonşularla əlaqələrin inkişafı prioritetdir. Azərbaycan ərazisindənİran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb.Dövlətimiz hər zaman qonşu ölkələrlə münasibətlərində qarşılıqlıhörmət prinsiplərinə xüsusi önəm verir. Prezident İlham Əliyevinmartın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyindəolması, İran İslam Respublikasının Ali Rəhbərinin və bir çox mülkişəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsi də bunungöstəricisidir. Azərbaycan dar gündə həmişə qonşularına dəstəkolub. Ölkəmiz İrana humanitar yardım göndərməyi də planlaşdırırdı.Amma belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülkiobyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfəalması dinc sakinlərə və mülki infrastruktura qarşı terroraktıdır.
Vüqar Rəhimzadə bildirib ki, molla rejiminin bu addımıriyakarlıq olmaqla yanaşı, iki ölkə arasında qarşılıqlı etimadınzədələnməsinə səbəb olan amillərdəndir. İran İslam RespublikasınınAzərbaycan Respublikasındakı səfiri Xarici İşlər Nazirliyinəçağırılıb və İran tərəfinə kəskin etiraz bildirilib.
Ölkəmiz regionda sabitliyin və sülhün qorunmasının tərəfdarıdırvə dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət vəbeynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını vacibhesab edir. Bununla belə, Azərbaycan xalqı və dövləti hər zaman özmilli maraqlarını və təhlükəsizliyini qorumaq əzmində vəiqtidarındadır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərəkregionda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövlətiistənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır.Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu çirkinvə qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan tərəfi müvafiqcavab tədbirləri görmək hüququnu özündə saxlayır. AzərbaycanMüdafiə Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, baş vermişhadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasınınüzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizinərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin vəmülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruricavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsızqalmayacaq.