AZ

Qazaxıstan XİN başçısı Ceyhun Bayramova zəng edib Nələr müzakirə olunub?

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Xarici İşlər Nazirliyinən Mia.az-a bildirilib ki, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
20
mia.az

10Mənbələr