AZ

Qazaxıstanın xarici işlər naziri Naxçıvana dronla hücum barədə məlumatlandırılıb

Martın 5-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Xezerxeber.az-a verilən məlumata görə, nazir C.Bayramov bu gün mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Seçilən
24
17
xezerxeber.az

10Mənbələr