ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu:
- İran Azərbaycana izahat verməli və üzr istəməlidir;
- Bu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir;
Bakı ilk addım kimi diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir; ya da adekvat addımla üzləşəcək.
Ali Baş Komandan Silahlı Qüvvələrimizə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı təlimat verib. Ordu bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr istənilən əməliyyata hazır olmalıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.