Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu:
– İran Azərbaycana izahat verməli və üzr istəməlidir;
– Bu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir;
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, Bakı ilk addım kimi diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir; ya da adekvat addımla üzləşəcək.
Ali Baş Komandan Silahlı Qüvvələrimizə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı təlimat verib. Ordu bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr istənilən əməliyyata hazır olmalıdır.