İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alanların vəziyyəti stabildir.
KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.
“Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, – deyə o vurğulayıb.
***
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerleşdiriliblər.
KONKRET.az xəbər verir ki, xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri stabildir.
