İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Hava Limanında 4 nəfər xəsarət alıb.Metbuat.az Apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdirilib. Xəstəxananın Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib ki, dron hücumu nəticəsində xəsarət alan 2 nəfərə braotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.Onların vəziyyəti stabil qiymətləndirilir, müvafiq şöbələrə yerləşdiriliblər.Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib.