AZ

Aliment ödəməyən 2 344 nəfər həbs edildi – bir ildə...



Ailə münasibətləri ilə bağlı icra işləri də gender bərabərliyinin təminində mühüm rol oynayır. Aliment, uşaqla ünsiyyət, uşağın qaytarılması və məişət zorakılığı ilə bağlı mühafizə tədbirlərinin icrası prioritet istiqamətlərdəndir.

Trend xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Nazir müavini bildirib ki, aliment işləri ilə bağlı icraatda olan işlərin sayı ilbəil ciddi şəkildə - 10 faiz artıb. Son 5 ildə aliment işlərinin sayı təxminən 10 min artıb:

“2025-ci ildə icraatda 141 min aliment işi olub. Aliment ödəməkdən yayınan 4 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 3 083 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2 344 nəfər inzibati qaydada həbs edilib. Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 235 halda cinayət işi başlanıb”.

Seçilən
13
1
baki-xeber.com

2Mənbələr