AZ

2025-ci ildə aliment ödəməyən 2 344 nəfər həbs edilib – Nazir müavini

Bakı. Trend:

Ailə münasibətləri ilə bağlı icra işləri də genderbərabərliyinin təminində mühüm rol oynayır. Aliment, uşaqlaünsiyyət, uşağın qaytarılması və məişət zorakılığı ilə bağlımühafizə tədbirlərinin icrası prioritet istiqamətlərdəndir.

Trend xəbərverir ki, bunu ədliyyə işlər nazirinin müavini Toğrul HüseynovMilli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsindəkeçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər vəperspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Nazir müavini bildirib ki, aliment işləri ilə bağlı icraatdaolan işlərin sayı ilbəil ciddi şəkildə - 10 faiz artıb. Son 5 ildəaliment işlərinin sayı təxminən 10 min artıb:

“2025-ci ildə icraatda 141 min aliment işi olub. Alimentödəməkdən yayınan 4 299 borclu barəsində inzibati xəta haqqındaprotokol tərtib edilib, 3 083 halda məhkəmələr tərəfindən inzibatitənbeh tətbiq olunub, 2 344 nəfər inzibati qaydada həbs edilib.Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimatverilib, 235 halda cinayət işi başlanıb”.

Seçilən
16
1
az.trend.az

2Mənbələr