AZ

DİN-də 4134 qadın əməkdaş xidmət edir - RƏSMİ

DİN-də 4134 qadın əməkdaş xidmət edir - RƏSMİ

“Gender bərabərliyi prinsipləri daxili işlər orqanlarında da sistemli şəkildə tətbiq edilir”.

Bunu daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

“Gender bərabərliyi sahəsində fəaliyyətin həyata keçirilməsi üçün 2001-ci ildən nazirliyin Şəxsi Heyətlə İş İdarəsi rəisinin qadın (qız) məsələləri üzrə köməkçisi vəzifəsi təsis edilib. Qadınların daxili işlər orqanlarında təmsilçiliyində son illər müşahidə olunan artım, yəni qadın əməkdaşların xüsusi çəkisinin yüksəlməsi instutisional mühitin inklüzivliyini göstərir. Hazırda nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla, 4134 qadın əməkdaş xidmət edir ki, bu da şəxsi heyətin ümumi sayının təxminən 12 faizidir”, - nazir müavini bildirib.

Seçilən
13
4
afn.az

6Mənbələr