Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
“2010-cu ildə “Məişət zorakılığı haqqında” qanun qəbul edildi, bu qanunların - həm "Gender bərabərliyi haqqında", həm də “Məişət zorakılığı haqqında” qanunun qəbul olunması çox böyük keşməkeşli yollardan keçdi. Çünki cəmiyyətin bir hissəsi doğrudan da qəbul eləmək istəmirdi ki, gender bərabərliyi nədir, bu kimə lazımdır, necə bərabər olmaq olar?”
Modern.az xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.O qeyd edib ki, burada əsas məsələ hüquqdan və hüquq bərabərliyindən gedir:
“Hamı bir insandır, hamının da hüquqları bərabərdir, eynidir. “Məişət zorakılığı haqqında” qanun qəbul olunanda biz Milli Elmlər Akademiyasında onu müzakirə etdik və orada nə qədər qarşı fikirlərlə üz-üzə gəldik”
“Milli Məclisdə deputatlardan biri demişdi ki, əgər bu qanun qəbul olunsa, mən istefa verəcəyəm. Amma vermədi. Sonra ikiəlli layihəyə səs verdi” – S.Qəhrəmanova bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.