ain.az, Bizim media portalına istinadən məlumat yayır.
“2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2024 -cü ildə isə 68,9 faizini təşkil edib”.Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitədə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.O bildirib ki, bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliyə əsasən qadınlarla yanaşı kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızn konstitusion hüquqlarının müdafiəsi deməkdir.
2009-cu ildən Əmək Məcəlləsinə edilən dəyişikliyə görə atalar övladı dünyaya gəldiyi zaman kişilər 2 həftə, yəni 14 gün ödənişsiz məzuniyyətə çıxmaq hüququ var idi. Yeni dəyişikliyə əsasən artıq bu məzuniyyət ödənişli əsaslarla verilir. Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur”.Günay Şahmar, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.