AZ

Tahir İmanov: Bu cür şərhləri qəbul etmirik, ən azı kişilikdən deyil VİDEO

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Planet Parni iz Baku” KVN Teatrının Cabir İmanovun 50 illik yubileyinə həsr olunan “Xalqın artisti” adlı yeni konserti keçiriləcək.

Ölkə.Az xəbər verir ki, bu barədə mərhum Əməkdar artist Cabir İmanovun qardaşı Tahir İmanov məlumat verib. O, qardaşının ili tamam olmadan konsert verdikləri üçün tənqidi şərh yazan izləyicilərə cavab verib:

“Bu masa doğmaca qardaşım Cabirin iş yeridir. Bu, təsadüfi deyil. Bildiyiniz kimi, teatrımız Cabir İmanovun 50 illik yubileyinə hazırlaşır. Gecə-gündüz işlər gedir. Hamınızı möhtəşəm bir şou gözləyir. Düz eşitdiniz – Şou. Çünki Cabir özü heç vaxt razı olmazdı ki, onun yubileyi qəmgin notlarla keçsin. Cabir tamamilə başqa bir insan, şəxsiyyət idi. Bunu mən elə belə demədim. Çünki şərhlərdə bəzi insanlar yazır ki, heç olmasa bir il gözləyərdiniz və s.

Birincisi, bizim gözəl dinimiz İslamda “il, cümə axşamı” və s. yoxdur. İkincisi, lap tutaq ki, var, bu hər bir insanın şəxsi işidir və digər insanların şəxsi həyatına qarışmaq düzgün olmazdı.

Üçüncüsü, əgər bu insanlar doğrudan da belə arqumentli yazırlarsa, onda problem yoxdur. Gəlin bizim ofisimizə, həm kollektivimizi, həm Cabirin ailəsini dolandırın, biz də sizin həmin o şərhlərə riayət edək, bir il gözləyək.

Yox, əgər bunu da başa düşmədinizsə, yenə də həmişə olduğu kimi sizə bir məsləhət vermək istəyirəm. Ya xeyir danışın, ya da susun, hörmətli xanımlar, cənablar”.

T.İmanov qardaşı Cabir İmanov olmadan konsert keçirilməsi barədə deyilənlərə də fikir bildirib:

“Biz Cabirlə birlikdə 2001-ci ildə “Planet Parniz Baku”nu yaradanda nə qədər bədbin mesajlar, şərhlər, zənglər var idi. Deyirdilər ki, ikiniz nə edəcəksiniz. Biz Cabirlə böyük layihələrə imza atdıq. Yenə də həmin insanlar sakitləşmədilər. Bəhram bizə qoşulanda dedilər ki, bəs o birilər hardadır? Uşaqların digər hissəsi qoşulanda ən çox rusca yazırdılar ki, “KVN uje nitod”. Yaxşı, “nitod”dursa, indi niyə həmin insanlar həmin o bizim konsertlərə, layihələrə “əfsanəvi səhnələr”, “əfsanəvi konsertlər” deyirlər? Bu ikiüzlülük, riyakarlıq deyilmi? Bu, ən azı kişilikdən deyil. Ona görə biz bu cür şərhləri qəbul etmirik.

Mənim Cabirdən fərqim ondan ibarətdir ki, həmişə öz etirazımı müsahibələrdə bildirmişəm. Burada (ürəyimdə -red.) ürəyimdə olan bütün zir-zibili tökürdüm, ürəyimdə saxlamırdım. Amma Cabir ürəyində saxlayırdı. Çünki məndən fərqli olaraq o, çox az müsahibə verib və həmişə qəlbində saxlayıb, həmin o şərhlərə görə stresslər yaşayıb. Çox ürəyinə salırdı, çox fikir edirdi, zəng edib deyirdi ki, bunlar niyə belə edir, niyə belə yazırlar, axı biz əziyyət çəkmişik, ən azından əziyyətimizə, zəhmətimizə qiymət versinlər. Yaxşı, biz bunu bacarırırq, siz bacarmırsınızsa, çəkilin kənara və s.

Cabirə deyirdim ki, səbr et, onsuz da Azərbaycanda yaşayan hər bir yumor, satira ustasına sağ ikən belə qiymət verirlər, ancaq öləndən sonra başlayırlar dahi, əfsanəvi sözlər, şərhlər yazmağa, necə ki, qardaşımın ünvanına yazırlar. Odur ki, heç olmasa, indikilərin də qədrini bilin. Və yenə də o insanlara demək istəyirəm ki, teatrımız yaşayır, yaradır və mayın 15-16-sı möhtəşəm 3 konsertlə hüzurunuza gələcəyik”.

Qeyd edək ki, C. İmanov ötən ilin 29 sentyabrında idman zalında infarkt keçirərək 49 yaşında vəfat edib.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
olke.az

8Mənbələr