AZ

Tahir İmanov konsertə hazırlaşır Video

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Tahir İmanov Heydər Əliyev Sarayında “Planet Parni iz Baku” KVN Teatrının Cabir İmanovun 50 illik yubileyinə həsr olunan “Xalqın artisti” adlı yeni konsertinin keçiriləcəyini açıqlayıb.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, T.İmanov qardaşının ili tamam olmadan konsert verdiyi üçün mənfi fikirlər bildirənlərə cavab verib.

O bildirib ki, Cabir heç vaxt razı olmazdı ki, onun yubileyi qəmgin notlarla keçsin:

“Gecə-gündüz işlər gedir və hamınızı möhtəşəm bir şou gözləyir. Düz eşitdiniz – Şou. Çünki Cabir özü heç vaxt razı olmazdı ki, onun yubileyi qəmgin notlarla keçsin. Cabir tamamilə başqa bir insan, şəxsiyyət idi. Bunu mən elə belə demədim. Çünki şərhlərdə bəzi insanlar yazır ki, heç olmasa bir il gözləyərdiniz.

Birincisi, onu deyim ki, bizim gözəl dinimiz İslamda “il, cümə axşamı” və s. anlayışı yoxdur. İkincisi, lap tutaq ki, var, bu, hər bir insanın şəxsi işidir və digər insanların şəxsi həyatına qarışmaq düzgün olmazdı.

Üçüncüsü, əgər bu insanlar doğrudan da belə arqumentlə yazırlar, onda problem yoxdur. Gəlin bizim ofisimizə, həm kollektivimizi, həm Cabirin ailəsini dolandırın, biz də sizin həmin o şərhlərə riayət edək, bir il gözləyək.

Yox, əgər bunu da başa düşmədizsə, yenə də həmişə olduğu kimi sizə bir məsləhət vermək istəyirəm. Ya xeyir danışın, ya da susun, əziz qardaşlar, əziz bacılar, hörmətli xanımlar, cənablar”.

Əməkdar artist həmçinin “Cabirsiz nə konsert, Cabirsiz nə yubiley” fikirlərinə də münasibət bildirib:

“Biz Cabirlə birlikdə 2001-ci ildə “Planet Parniz Baku”nu yaradanda nə qədər bədbin mesajlar, şərhlər, zənglər alırdıq. Deyirdilər ki, ikiniz nə edəcəksiz, siz axı KVN deyilsiz, siz axı “Parni iz Baku” deyilsiz. Amma biz bunu etdik. Biz Cabirlə böyük layihələrə imza atdıq. Yenə də həmin insanlar sakitləşmədilər. Bəhram Bağırzadə qoşulanda dedilər ki, bəs o birilər hardadır, uşaqların digər hissəsi qoşulanda ən çox rusca yazırdılar, “KVN artıq nitod”. Yaxşı, "nitoddur", indi niyə həmin insanlar həmin o bizim konsertlərə, layihələrə “əfsanəvi səhnələr”, “əfsanəvi konsertlər” deyirlər? Nədir bu? İkiüzlülük deyilmi, riyakarlıq deyilmi? Bu, ən azı kişilikdən deyil. Ona görə biz bu cür şərhləri qəbul etmirik.

Mənim Cabirdən fərqim ondan ibarətdir ki, həmişə öz etirazımı müsahibələrdə bildirir, ürəyimdə olan bütün zir-zibili tökürdüm, saxlamırdım. Amma Cabir ürəyində salırdı. Çünki məndən fərqli olaraq o, çox az müsahibə verib və həmişə qəlbində saxlayıb, həmin o kommentlərə, şərhlərə görə stresslər yaşayıb. Çox ürəyinə salırdı, çox fikir edirdi, zəng edib deyirdi ki, axı bunlar niyə belə edir, niyə belə yazırlar, axı biz əziyyət çəkmişik, ən azından əziyyətimizə, zəhmətimizə qiymət versinlər.

Cabirə də deyirdim ki, səbir et, onsuz da Azərbaycanda yaşayan hər bir yumor, satira ustasına sağ ikən belə qiymət verirlər, ancaq öləndən sonra başlayırlar dahi, əfsanəvi sözlər, şərhlər yazmağa, necə ki, qardaşıma yazırlar. Odur ki, indikilərin də qədrini bilin. Və yenə də o insanlara demək istəyirəm ki, teatrımız yaşayır, yaradır və mayın 15-16-sı möhtəşəm 3 konsertlə hüzurunuza gələcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
axar.az

8Mənbələr