“Qalatasaray” Türkiyə Kuboku qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Alanyaspor”un qonağı olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Baş məşqçi Okan Buruk qapıçı Uğurcan Çakır, müdafiəçilər Davinson Sançes, Abdülkerim Bardakcı, yarımmüdafiəçi Mario Lemina və Viktor Osimhenə istirahət verib. Roland Şallai, Yunus Akgün və Mauro İkardi isə zədəlidir. Adıçəkilən oyunçular komanda ilə birlikdə səfərə aparılmayıb.
Qeyd edək ki, “Alanyaspor” – “Qalatasaray” qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. /Unikal/