Bakı. Trend:
"Qalatasaray" Türkiyə Kuboku qrup mərhələsinin 4-cü turuçərçivəsində səfərdə "Alanyaspor"un qonağı olacaq.
Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi matça ciddi itkilərləçıxacaq. Baş məşqçi Okan Buruk qapıçı Uğurcan Çakır, müdafiəçilərDavinson Sançes, Abdülkerim Bardakcı, yarımmüdafiəçi Mario Leminavə Viktor Osimhenə istirahət verib. Roland Şallai, Yunus Akgün vəMauro İkardi isə zədəlidir. Adıçəkilən oyunçular komanda iləbirlikdə səfərə aparılmayıb.
Qeyd edək ki, "Alanyaspor" - "Qalatasaray" qarşılaşması sabahkeçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.