AZ

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Səhiyyə naziri Teymur Musayev ölkədə kadr potensialının inkişafına yönəlmiş təşəbbüslər çərçivəsində IV “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla növbəti görüşünü keçirib.

Hit.az xəbər verir ki, görüş zamanı səhiyyə sektorunda aparılan islahatlar, idarəetmədə innovativ yanaşmalar, rəqəmsallaşma prosesi və insan resurslarının inkişafı məsələləri diqqətə çatdırılıb.

Nazir müsabiqə qalibinin təklif və təşəbbüslərini dinləyərək, “Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar inkişafına dəstəyin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə gənc və perspektivli kadrların üzə çıxarılması, onların dövlət idarəçiliyində fəal iştirakının təmin olunması baxımından mühüm platformadır. O, səhiyyə sahəsində həyata keçirilən yeniliklərdə peşəkar və təşəbbüskar gənclərin rolunun əhəmiyyətini qeyd edib.


Görüş çərçivəsində səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və innovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda nazir “Yüksəliş” müsabiqəsinin qalibinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Seçilən
1
9
hit.az

10Mənbələr