AZ

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə naziri Teymur Musayev ölkədə kadr potensialınıninkişafına yönəlmiş təşəbbüslər çərçivəsində IV “Yüksəliş”müsabiqəsinin qalibi Ayaz Məmmədovla növbəti görüşünü keçirib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, görüş zamanı səhiyyə sektorunda aparılanislahatlar, idarəetmədə innovativ yanaşmalar, rəqəmsallaşma prosesivə insan resurslarının inkişafı məsələləri diqqətə çatdırılıb.Nazir müsabiqə qalibinin təklif və təşəbbüslərini dinləyərək,“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar inkişafına dəstəyindövlət siyasətinin əsas prioritetlərindən biri olduğunuvurğulayıb.
Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə gənc vəperspektivli kadrların üzə çıxarılması, onların dövlətidarəçiliyində fəal iştirakının təmin olunması baxımından mühümplatformadır. O, səhiyyə sahəsində həyata keçirilən yeniliklərdəpeşəkar və təşəbbüskar gənclərin rolunun əhəmiyyətini qeydedib.
Görüş çərçivəsində səhiyyə sistemində idarəetmənintəkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması vəinnovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsiaparılıb.
Sonda nazir “Yüksəliş” müsabiqəsinin qalibinə gələcək fəaliyyətindəuğurlar arzulayıb.

Səhiyyə
Səhiyyə
Seçilən
5
9
az.trend.az

10Mənbələr