Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İranda ali dini lideri Seyid Əli Xamenei ABŞ və İsrailin hava zərbələri nəticəsində Tehrandakı iqamətgahında öldürüldü. Bu hadisə ölkədə əsas səlahiyyət sahibi sayılan posta kimin seçiləcəyi ilə bağlı müzakirələr yaradıb. Xamenei ölümündən bir neçə gün öncə 3 nəfəri özünə varis seçsə də, ali rəhbər seçkisi xüsusi konstitusion prosedur əsasında həyata keçirilir.
Modern.az xəbər verir ki, İran Konstitusiyasına əsasən ali dini lider – Rəhbər – birbaşa xalq tərəfindən deyil, Ekspertlər Şurası tərəfindən seçilir.
1979-cu il İslam İnqilabından sonra yaradılmış və hazırda 88 ruhani üzvdən ibarət olan Ekspertlər Şurası üzvləri ümumxalq səsverməsi ilə formalaşdırılır. Şuranın əsas səlahiyyətlərindən biri ali lideri seçmək və onun fəaliyyətinə nəzarət etməkdir.
Konstitusiyanın 107 və 111-ci maddələrinə görə, ali lider vəfat etdikdə, istefa verdikdə və ya vəzifələrini icra edə bilmədiyi müəyyənləşdirildikdə, Ekspertlər Şurası təcili iclas çağırır. Yeni rəhbər seçilənədək ölkənin ali rəhbərlik funksiyalarını müvəqqəti olaraq üç nəfərdən ibarət şura icra edir. Bu şuraya prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Konstitusiyanın Keşikçilər Şurasının (Nəzarət Şurası) fəqih üzvlərindən biri daxil olur.
Ali liderliyə namizəd dini biliklərə malik yüksək rütbəli ruhani olmalı, siyasi və ictimai idarəetmə bacarığı ilə seçilməlidir. Ekspertlər Şurası namizədləri müzakirə edir və səs çoxluğu ilə qərar qəbul edir. Zərurət yaranarsa, liderlik bir nəfərə deyil, kollegial rəhbərliyə də həvalə edilə bilər. Yeni ali rəhbərin bu gün seçilməsi gözlənilir.
Qeyd edək ki, İran tarixində indiyədək iki ali dini lider olub. 1979–1989-cu illərdə bu vəzifəni Ruhullah Xomeyni icra edib. Onun vəfatından sonra isə Ekspertlər Şurasının qərarı ilə Əli Xamenei ali rəhbər seçilmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.