AZ

Cəlilabadda selin yararsız hala saldığı körpü bərpa olunub - YENİLƏNİB

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən və sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş müvəqqəti körpü bərpa edilib.

"Report"un yerli bürosu xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən aparılan təmir işləri nəticəsində keçid bərpa olunub.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilib.

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən müvəqqəti körpü leysan yağışlarından sonra yenidən qəzalı vəziyyətə düşüb.

Bu barədə "Report"un yerli bürosuna kənd sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, ötən il yağan güclü yağışlar nəticəsində körpü ciddi zədələnmiş, sonradan isə müvəqqəti şəkildə bərpa olunmuşdu. Bu ilin yanvar ayında yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Daha sonra aparılan müvəqqəti təmir işləri nəticəsində keçid bərpa edilsə də, son leysan yağışları körpünü yenidən yuyaraq sıradan çıxarıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə müvəqqəti təmir işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilib.

Seçilən
0
7
far.az

8Mənbələr