AZ

Cəlilabadda leysan körpünü dağıtdı: Üç kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən müvəqqəti körpü leysan yağışlarından sonra yenidən qəzalı vəziyyətə düşüb.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə kənd sakinləri şikayət ediblər.

Sakinlərin sözlərinə görə, ötən il yağan güclü yağışlar nəticəsində körpü ciddi zədələnmiş, sonradan isə müvəqqəti şəkildə bərpa olunmuşdu. Bu ilin yanvar ayında yağan intensiv yağışlar və sel suları körpünü yenidən yararsız vəziyyətə salıb. Daha sonra aparılan müvəqqəti təmir işləri nəticəsində keçid bərpa edilsə də, son leysan yağışları körpünü yenidən yuyaraq sıradan çıxarıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə müvəqqəti təmir işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən körpü rayonun Vənlik, Oğrubulaq və Fətullaqışlaq kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi üçün istifadə etdikləri yeganə nəqliyyat bağlantısıdır. Körpünün yararsız vəziyyətə düşməsi nəticəsində üç kəndin rayon mərkəzi ilə əlaqəsi müvəqqəti olaraq kəsilib.

Seçilən
9
7
olke.az

8Mənbələr