AZ

Zaqatalada 34 yaşlı qadını maşın vurub

Zaqatalada qadını maşın vurub. Şəhər ərazisində baş verən qəzada qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini, 34 yaşlı Səməd Ramazanovun idarə etdiyi “Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili ilə piyada 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Atalovanı vurub.
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci təcili tibbi yardım şöbəsinə yerləşdirilib.


Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
5
8
bizim.media

9Mənbələr