AZ

Zaqatalada 61 yaşlı qadını avtomobil vurub

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, 34 yaşlı Səməd Maarif oğlu Ramazanovun idarə etdiyi “Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili piyada – 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Siyavuş qızı Atalovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
8
apa.az

9Mənbələr