AZ

Güclü külək fəsadlar törətdi: Azərişıq fasiləsiz çalışır Video

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin məlumatında deyilir.

Bildirilib ki, güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşıb:

“Küləyin şiddəti və üstəlik aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
16
axar.az

10Mənbələr