AZ

“Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması və nəticədə qəzaların yaranmasıdır.

Küləyin şiddəti və üstəlik aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
16
xalqqazeti.az

10Mənbələr