Şamaxı rayonunda 3.2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosunu məlumat verib.
Zəlzələ hiss olunmayıb.
***
Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.
Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Redaktor.az xəbər verir ki, məlumatda deyilir:
“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.