RU

Şamaxıda daha bir zəlzələ oldu -YENİLƏNİB

Şamaxı rayonunda 3.2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosunu məlumat verib.

Zəlzələ hiss olunmayıb.

***

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, məlumatda deyilir:

“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.

Избранный
16
15
redaktor.az

7Источники