
“Amerika aviadaşıyıcıları İranın yerli istehsal raketlərinin hədəf mənzilindədir”.
Missiya.Az xəbər verir ki, bunu İranın Ali rəhbəri Seyid Əli Xameneinin müşaviri və köməkçisi Məhəmməd Moxber deyib.
O bölgəyə əlavə hərbi qüvvə göndərilməsini təhlükəli addım adlandıraraq deyib:
“Bu gün ABŞ gəmiləri yerli raketlərimizin hədəf dairəsindədir və onların təhdidlərinə cavab vermək üçün bir neçə min kilometr məsafədən atəş açmağa ehtiyac yoxdur”, - deyə siyasətçi vurğulayıb.
Moxber qeyd edib ki, mövcud vəziyyət İran Silahlı Qüvvələrinin mümkün təhdidlərə operativ cavab vermək imkanlarını genişləndirir.
Daşqın HəsənovMissiya.Az