AZ

Xameneyinin müşaviri: “ABŞ gəmiləri hədəf dairəmizdədir” 

Dünən İranın ali rəhbəri Əli Xameneyinin müşaviri və köməkçisi Məhəmməd Moxber ABŞ-nin bölgəyə təyyarədaşıyan gəmilər göndərməsi ilə bağlı sərt açıqlama verib. Vətəninfo.az xəbər verir ki, o, bildirib ki, Amerika aviadaşıyan gəmiləri İranın yerli istehsal raketlərinin hədəf mənzilindədir.

Moxber bölgəyə əlavə hərbi qüvvə göndərilməsini “təhlükəli addım” adlandıraraq vurğulayıb: “Bu gün Amerika gəmiləri yerli raketlərimizin hədəf dairəsindədir və onların təhdidlərinə cavab vermək üçün bir neçə min kilometr məsafədən atəş açmağa ehtiyac yoxdur”.

Açıqlamada qeyd olunub ki, mövcud vəziyyət İran Silahlı Qüvvələrinin mümkün təhdidlərə operativ cavab vermək imkanlarını genişləndirir.

Seçilən
28
1
veteninfo.az

2Mənbələr