AZ

Voleybol məşqçiləri üçün paytaxtda kurslar təşkil olunacaq

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Bakıda I və II dərəcəli məşqçi kursları təşkil olunacaq. Sport24.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

Nəzəri və praktiki hissələrdən ibarət olacaq təlimləri FIVB-nin məşqçi-müəllimi, professor Cengiz Akarçeşme keçəcək.

İmtahandan uğurla keçən iştirakçılara müvafiq dərəcələr üzrə sertifikatlar təqdim olunacaq. 1-ci dərəcəli sertifikat alanlar yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərmək, hər iki mərhələni bitirənlər isə FIVB-nin "Level-1" seminarına qatılmaq hüququ qazanacaqlar.

Qeyd edək ki, 30 mart – 4 aprel tarixlərində 1-ci dərəcə, aprelin 6-10-u aralığında isə 2-ci dərəcə üzrə kurslar baş tutacaq. Ötən il Qəbələ, Sumqayıt və Bakıda analoji təlimlər keçirən AVF gələcəkdə ölkə ərazisində FIVB-nin "Level-1" və "Level-2" kurslarını da təşkil etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
6
sport24.az

7Mənbələr