Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Dörd ildir ki, Macarıstanı ölkənizlə Rusiya arasında müharibəyə məcbur etmək üçün çalışırsınız. Bu müddət ərzində Brüsseldən özünüzə dəstək almaqla yanaşı, Macarıstan müxalifətinə də təminat almısınız".
Ölkə.az xəbər verir ki, bu fikir Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna Prezidenti Vladimir Zelenskiyə ünvanladığı açıq məktubda yer alıb.
Orban vurğulayıb ki, Zelenski, Brüssel və Macarıstan müxalifəti Macarıstanda Ukraynayönlü hökuməti hakimiyyətə gətirməyə çalışır.
Baş nazir Orban Zelenskini Macarıstanın enerji təchizatı üçün vacib olan “Drujba” (Dostluq) neft kəmərini bloklamaqda ittiham edib. Orban hesab edir ki, Zelenskinin hərəkətləri Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhdid edir: "Bu səbəbdən sizi Macarıstan əleyhinə siyasətinizi dəyişdirməyə çağırıram".
O əlavə edib ki, Macarıstan xalqı Ukraynanın düşdüyü vəziyyətə görə heç bir məsuliyyət daşımır: "Biz Ukrayna xalqına rəğbət bəsləyirik, amma müharibəyə qarışmaq istəmirik. Hərbi səyləri maliyyələşdirmək və enerji üçün böyük məbləğdə pul ödəmək istəmirik".
Sonda Baş nazir Orban Zelenskini dərhal “Drujba” neft kəmərini açmağa və Macarıstanın enerji təhlükəsizliyinə qarşı gələcək hücumlardan çəkinməyə çağırıb.
Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.