AZ

Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelinskini “Drujba” neft kəmərinin işini dərhal bərpa etməyə çağırır.

Reyting.az-ın məlumatına görə, Orban Zelenskiyə açıq məktubunda yazıb ki, dörd ildir Macarıstanı Ukrayna ilə Rusiya arasında müharibəyə məcbur etmək üçün çalışırsınız: “Bu müddət ərzində Brüsseldən dəstək almış və Macarıstan müxalifətinin dəstəyini təmin etmisiniz”.

Orban qeyd edib ki, Ukrayna prezidenti, Brüssel və Macarıstan müxalifəti Macarıstanda ukraynayönlü hökuməti hakimiyyətə gətirmək üçün səyləri əlaqələndirirlər.

Eyni zamanda, Orban Zelenskini Macarıstanın enerji təchizatı üçün vacib olan “Drujba” neft kəmərini bloklamaqda ittiham edib.

Orban Ukrayna prezidentinin hərəkətlərini Macarıstanın maraqlarına zidd sayır, macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhlükə altına qoyduğunu iddia edir.

“Bu səbəbdən, sizi Macarıstan əleyhinə siyasətinizi dəyişdirməyə çağırıram”, - deyə Orban vurğulayır.

Baş nazir bildirib ki, Macarıstan xalqı Ukraynanın düşdüyü vəziyyətə görə heç bir məsuliyyət daşımır: “Biz Ukrayna xalqına rəğbət bəsləyirik, amma müharibədə iştirak etmək istəmirik. Hərbi səyləri maliyyələşdirmək istəmirik və enerji üçün böyük məbləğdə pul ödəmək istəmirik”.

Bu baxımdan, o, Zelenskini dərhal “Drujba” neft kəmərini açmağa və “Macarıstanın enerji təhlükəsizliyinə qarşı gələcək hücumlardan çəkinməyə” çağırıb.

“Bloomberg” yazır ki, Orban seçkilər naminə AB və Ukrayna ilə açıq şəkildə münaqişə edir. Macarıstanın baş naziri Ukrayna üçün AB-nin son yardım paketlərini və Moskvanı cəzalandırmaq tədbirlərini dayandırır.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
reyting.az

3Mənbələr