AZ

Helsinkidə Xocalı soyqırımı ilə əlaqədar xatirə guşəsi yaradılıb

Yazını böyüt
Yazını kiçilt

Helsinki Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə xatirə guşəsi təşkil olunub.

Hafta.az xəbər verir ki, guşədə Xocalı faciəsini əks etdirən fotoşəkillər, kitablar və məlumat materialları nümayiş etdirilir.

Yaradılmış guşəni soydaşlarımızla yanaşı, şəhər sakinləri, eləcə də əcnəbi qonaqlar ziyarət ediblər.

Guşənin yaradılmasında məqsəd Xocalı soyqırımı ilə bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması, faciənin unudulmaması və gələcək nəsillərin tarixi yaddaşının qorunmasıdır.

Seçilən
0
3
hafta.az

4Mənbələr